Tarix : 2016 May 30
Kod 49020

Məhəmməd Əlluş istefa verdi

Suriyalı müxaliflərin müzakirə heyətinin sədri Cenevrə sülh müzakirələrinin məğlubiyyət ilə nəticələnməsini bəhanə edərək, istefa verib.
Arannews- "Ər-Riyad Qrupu" kimi tanınan suriyalı müxaliflərin müzakirə heyətinin sədri Cenevrə sülh müzakirələrinin nəticəsiz olmasına etirazını istefa edərək, bildirib.
Məhəmməd Əlluş Cenevrə sülh müzakirələrinin məğlubiyyət ilə nəticələnməsi və Suriya ordusunun terrorçulara qarşı hücumlarının davam etməsini bəhanə edərək, istefa verib.
Əlluş bu barədə deyib: Cenevrə sülh müzakirələri Suriyada Bəşşar Əsəd olmadan qüdrətin siyasi yolla ötürülməsi istiqamətində heç bir nəticə vermədi.
Suriyalı müxaliflər və onları himayə edən tərəflərin Bəşşar Əsədi devirməkdə aciz qalması Əlluşun açıqlamasının başlıca mesajı sayılır.


  • Yazılıb
  • da (də) 2016 May 30
  • Göndərən مدير سايت Aran News