Tarix : 2016 May 30
Kod 49023

Bəhreyn xalqı etiraz aksiyasi keçirib

Bəhreynli etirazçılar şüarlar səsləndirərək Ali-Xəlifə rejiminin vətəndaşlara qarşı repressiv siyasətlərinin dayandırılmasını tələb edib.
Arannews- Bəhreyn vətəndaşları bu ölkənin Milli Birlik İslam Cəmiyyətinin baş katibinin həbsinin davam etməsinə etiraz olaraq aksiya keçirib.
Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana hökm oxunması ərəfəsində, bu ölkə vətəndaşları aksiya keçirərək, bütün siyasi məhbuslar, xüsusilə Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb edib.
Bəhreynli etirazçılar şüarlar səsləndirərək Ali-Xəlifə rejiminin vətəndaşlara qarşı repressiv siyasətlərinin dayandırılmasını tələb edib.
Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın apelyasiya məhkəməsi 12 apreldə keçirilib. Məhkəmə yekun qərarın verilməsini 30 maya təyin edib.
Ali-Xəlifə rejimi 2015-ci il iyun ayında Şeyx Əli Salmanı Bəhreyn vətəndaşlarını hakim quruluşu dəyişməyə təhrik etmək ittihamı ilə 4 il azadlıqdan məhrum edib.


  • Yazılıb
  • da (də) 2016 May 30
  • Göndərən مدير سايت Aran News