Vladimir Doroxin: Çox sevindirici haldır ki, dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rus diasporu və icması bizi ayırmır, əskinə birləşdirir.
AranNews- Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Rusiya hazırda iqtisadi və siyasi blokadaya alınıb. Ölkəmizə qarşı əsl informasiya müharibəsi gedir. Azərbaycanda rus diasporu rahatlıq və rifah adasıdır. Azərbaycanda müxtəlif dillərə, o cümlədən rus dilinə hörmət dövlət səviyyəsində dəstəklənir. Rusiya Federasiyası maraqlıdır ki, burada yaşayan rusdilli insanlar öz ölkələrinin loyal vətəndaşları olsunlar, bütün insani potensiallarını tam ortaya qoysunlar, respublikanın bütün sferalarında layiqli yerlərini tutsunlar. Azərbaycanda bunun üçün əlverişli şərait var.
Çox sevindirici haldır ki, dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rus diasporu və icması bizi ayırmır, əskinə birləşdirir. Burada soydaşlarımızın siyasi hüququ naminə mübarizə aparmağa ehtiyac yoxdur. Harasa gedib demək lazım deyil ki, onların hanısa problemini həll edək. Burada bu problemlər çox yaxşı şəkildə həll olunur. Eyni dərəcədə Moskva və Bakının da maraqlı olduğu kimi mövcud potensialı, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yönəltmək istiqamətində işləyirik". /APA/