Təkcə türkiyə hökuməti Rusiya-Türkiyə münasibətlərindəki problemi həll edə bilər.
Arannews- Rusiya-Türkiyə münasibətlərindəki problem işçi qrupunun vasitəçiliyi ilə həll oluna bilməz. Bunu ancaq Türkiyə hökuməti edə bilər.
bunu Rusiya prezidentinin mətbuat kaltibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təkliflə bağlı jurnalistləriun suallarını cavablandırarkən deyib.
“Bu problemi heç bir işçi qrupu həll edə bilməz. Bunu yalnız Türkiyə həll edə bilər. Moskva Türkiyənin Vladimir Putinin Afinada səsləndirdiyi addımları həyata keçirməsini gözləyir”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Afinaya səfər zamanı Türkiyədən qəti addımlar gözlədiklərini demişdi.