Arannews- Türkiyənin şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb. partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb. Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.