Tarix : 2016 May 31
Kod 49034

rus adlarına qadağa qoyulacağ

Latviyada rus adları qadağan ediləcək.
Arannews- Latviya hökuməti sentyabrın 1-i tarixinə uşaqlara yalnız latış adlarının verilməsini tövsiyə edən qanun layihəsinin müzakirəsinə başlayacaq.
qanun layihəsi şəxsi ad, soyad və milliyyətin qeydiyyatının dəyişdirilməsi barədə qanuna əlavələri özündə ehtiva edir.
Düzəlişlərdə göstərildiyinə görə, qeydiyyat idarəsi adlar «latış dilinin əsaslarına uyğun gəlmədikdə və ya şəxsiyyətin cəmiyyətə daxil olmasına əngəl törətdikdə» onun qeydiyyatından imtina edə bilər.
hazırda Latviyada bütün ad və soyadlara «-s» şəkilçisi əlavə edilir. Məsələn, Miron adı Mirons, Ruslan adı isə Ruslans kimi təqdim edilir. Sözügedən dəyişikliklər qəbul olunacağı təqdirdə isə, latış qrammatikasına uyğun gəlməyən adlar, ümumiyyətlə, qeydə alınmayacaq.
Latviya Ədliyyə Nazirliyində belə hesab edirlər ki, bu dəyişikliklər «ölkədə demokratik quruluşu» mühafizə edir və «Latviyanın digər xalqlarına öz ana dilində sərbəst ünsiyyət qurmaq azadlığı» verir.
Bir sıra ictimai təşkilatlar qəbul edilməsi nəzərdə tutulan dəyişikliklərin insan hüquqlarını pozduğunu bəyan ediblər.

  • Yazılıb
  • da (də) 2016 May 31
  • Göndərən مدير سايت Aran News