İraq Hərbi-Hava Qüvvələri, İŞİD terror qruplaşmasının 7 yüksək rütbəli komandirini zərərsizləşdirib.
AranNews-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri Ənbar vilayətində, Suriyaya ilə həmsərhəd ərazilərdə endirilib.
Keçirilən əməliyyat nəticəsində qruplaşmanın kəşfiyyat və təhlükəsizlik üzrə başçısı, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinın köməkçisi, İraqda və Suriyada döyüşlərdə iştirak edən silahlı dəstələrin başçıları, eləcə də Əvfrat əyalətinin şəriət məhkəməsinin rəhbəri məhv edilib.