İran rəsmisi: Iran islam respublikasi üçün mühüm prioritetlər siyasi nizamlama, regional əməkdaşlıq və terrorizmə qarşı ciddi mübarizədir.
AranNews- Bu sözləri İran xarici işlər nazirinin Yaxın şərq və Şimali Afrika üzrə müavini Hüseyn Əmir Əbdüllahiyan bildirib.
İran xarici işlər nazirinin Yaxın şərq və Şimali Afrika üzrə müavini Hüseyn Əmir Əbdüllahiyanın sözlərinə görə, Iran islam respublikasi üçün mühüm prioritetlər siyasi nizamlama, regional əməkdaşlıq və terrorizmə qarşı ciddi mübarizədir.
O, terrora qarşı mübarizəyə yönəldilmiş məsləhətçi cəhdlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Belə ki, bu təhlükəsizliyin və regionun, o cümlədən ümumilikdə bütün dünyadakı ölkələrin sabitliyinin bərpa edilməsi prosesinə yardım edir.
Əbdüllahiyan deyib: “Əgər terrora qarşı mübarizə üçün ciddi beynəlxalq iradə olsaydı, gələcəkdə terrorçuların mövcudluğu üçün regionda yer olmazdı”. O əlavə edib ki, Suriya və İraq ordularının və onları dəstəkləyən qüvvələrin qələbələri olmadan, Qərbi Asiya regionunda bir dənə də təhlükəsiz məntəqə olmazdı.
İran rəsmisi Suriyada və İraqda fəaliyyət göstərən terrorçulara olan maliyyə və silah yardımını pisləyərək, qeyd edib ki, terrorçuların dəstəkçiləri və ilhamçıları özlərinə də ziyan vuraraq region və dünyadakı təhlükəsizliyi təhdid altına alırlar.