Son 2 gün ərzində Əfqanıstanın Helmənd əyalətində gedən ağır döyüşlərdə 50 –dən çox polis ölüb.
AranNews, xəbər verir ki, Helmənd əyalətinin polis komandiri İsmətullah Dövlətzeyi bildirib ki, mayın 29 –da təqribən 24 polis nəfəri, mayın 30 –da isə 33 polis nəfəri öldürülüblər.
O, əlavə edib ki, bundan başqa 40-dan çox polis yaralanıb.
Xəsarət alanlardan çoxunun təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.
Agentliklərin məlumatına görə talibançılar regiondakı 22 nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.