“Taliban” terror təşkilatı Ramazan ayında hücumlarını gücləndirmək niyyətindədir.
AranNews-un “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda fəaliyyət göstərən “Taliban” terror təşkilatı, müqəddəs Ramazan ayında hücumlarını gücləndirə bilər. Terrorçular göstərmək istəyirlər ki, onların liderlərinin ölümü təşkilatın fəaliyyətinə təsir etməyib.
Ekspertlərin fikrincə, hücumları gücləndirməklə terrorçular göstərmək istəyirlər ki, onların liderlərinin ölümü təşkilatın fəaliyyətinə təsir etməyib.
“Taliban” Ramazanda hücumlarını, onların hələ ölü olmadıqlarını göstərmək üçün gücləndirəcək. Biz hər bir hücuma hazırıq. Hazırda əfqan təhlükəsizlik güclərinin hazırlığı hər zamankından daha da üstündür”, – deyə Əfqanıstan güc strukturlarının nümayəndələri qeyd edilər.
Eyni zamanda, KİV-lərdə ölkənin Hilmənd əyalətində hökümət qoşunları ilə taliblər arasında qızğın döyüşlərin getdiyi haqda xəbərlər yayılıb.