Muzey şəhərin əsas yolu üzərində yerləşir və yalnız İslam tarixi və adətlərinə həsr edilib.
AranNews, islam-today.ru-ya istinadən xəbər verir ki, Maraqlıdır ki, müzeyin ümumi insan mədəniyyətinin inkişafı üçün əhəmiyyəti demək olar şəhərin bütün sakinləri tərəfindən qəbul edilir. Lakin muzeyin maliyyə mənbəyi ətrafındakı mübahisələr böyük ictimai rezonansa səbəb olub. Belə ki, məlum olub ki, muzeyin yaradılması üçün xərclənən vəsaitin böyük hissəsinin ərəb maliyyə fondlarından biri verib. Səs-küyə səbəb isə adı çəkilən fondun uzun illərdir ki, radikalları maliyyələşdirmədə şübhəli bilinməsidir.
Muzey direktoru Nadi Karmusun sözlərinə görə, muzey öz qarşısında hədəf kimi hansısa dini ehkamların və şərhlərinin propaqandasını qoymayıb.
“Muzeyin əsas məqsədi – müsəlman ölklərinin və islamın din kimi kolosal müxtəlifliyini insanlara göstərməkdir. Bu islam tarixinin səhifələrində səyahət etmək, dərindən düşünmək və diskussiya etməkdir”, – deyə o bildirib.