Ərdoğan: "Mən başa düşə bilmirəm ki, Rusiya bizdən hansı birinci addımı gözləyir. Biz münasibətlərin pozulmasında günahlandırılan tərəf deyilik."
Arannews- Məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm.
"Hurriyet" qəzetinin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Mən başa düşə bilmirəm ki, Rusiya bizdən hansı birinci addımı gözləyir. Biz münasibətlərin pozulmasında günahlandırılan tərəf deyilik.
Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.
Qeyd edməliyik ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib.
Rusiya prezident Putin də mətbuata açıqlamasında barışıq üçün ilk addımı Türkiyənin atmalı olduğunu bəyan edib.
Onu da qeyd edək ki, iki dövlət arasında münasibətlər 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin türkiyə tərəfindən vurmasından sonra pisləşib.