Arannews- Türkiyə-sionist rejimi münasibətlərinin bərpası müsbət dinamikaya malikdir. bunu mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz münasibətlərin normallaşdırılması üçün onlardan üzrxahlıq gözləyirdik. Bu məsələ artıq bağlanıb. Türkiyə-sionist rejimi münasibətləri müsbət məcrada inkişaf edir.” – deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, ötən ilin sonunda mətbuatda səfirlərin qaytarılmasını, sionist rejim qazının Türkiyəyə tədarük olunmasını nəzərdə tutan Türkiyə və sionist rejimi arasında münasibətlərin normallaşdırılmasına dair layihə hazırlandığı bildirilmişdi.