Rusiyaya qarşı sanksiyalar uzadılacaq.bunu Yunanıstanın Xarici İşlər nazirinin müavini deyib.
Arannews- Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq.
bu sözləri Yunanıstanın Xarici İşlər nazirinin müavini Nikos xidakis deyib.
“Qəbul ediləcək yekun qərarların nədən ibarət olacağını deyə bilmərəm. Lakin uzun müzakirələrdən sonra AB-nin Rusiyaya qarşı sanksiyaların müddətini uzadacağını düşünürəm. Onu da deyə bilərəm ki, sanksiyalar sonsuza qədər davam etməyəcək”, - xidakis bildirib.