Tarix : 2016 Jun 01
Kod 49054

İŞİD-lə mübarizə üçün Liviyanın vahid hərbi qüvvəyə ehtiyacı var

BMT: İŞİD-lə mübarizə, hər şeydən öncə, Liviya mübarizəsi və birləşmiş mübarizə olmalıdır.
AranNews, rus mediasına istinadən verdiyi xəbərə əsasən, BMT baş-katibinin Liviya üzrə xüsusi-elçisi Martin Kobler bildirib ki, Liviyadakı müxtəlif hərbi qruplaşmalar və qoşun qrupları vahid qüvvə olaraq birləşməyəcək, ölkə İŞİD terror təşkilatı döyüşçüləri üzərində qələbə qazana bilməyəcək.
Liviyada martın 31-dən yeni Milli Birlik höküməti fəaliyyətə başlayıb. Bu hökümət, 2011-ci ildə Müəmmər Qəddafi rejimi devrildikdən sonra parçalanma astanasında olan Liviya dövlətinin ərazi bütövlüyünü bərpa edəcəyinə ümid edir. Liviyanın bəzi rayonları hələ də İŞİD-ə bağlı terrorçular tərəfindən tutulubdur.
“Bir bənd olduqca aydın olmalıdır. İŞİD-lə mübarizə, hər şeydən öncə, Liviya mübarizəsi və birləşmiş mübarizə olmalıdır.” – deyə Martin Kobler, Fransa xarici işlər naziri Jan-Mark Eyro ilə görüşdə bildirib.
O həmçinin deyib: “Heç kəs təkbaşına uğur əldə edə bilməz, ona görə də vacibdir ki, qərbdə və şərqdə təhlükəsizlik sahəsində bütün fəaliyyət göstərən güclər öz səylərini birləşdirsin. Komandanlığın ümumi quruluşu olmalıdır və milli razılıq hökümətinin ümumi komandanlığı altında olan birləşmiş ordu olmalıdır.”
Eyro bildirib ki, general Xəlifə Həftarın şərqdəki qoşunlarının, qərbdəki qoşunlarla birləşməsi prioritet məsələdir. 
Reuters agentliyi qeyd edir ki, Fransa daha əvvəl, müəyyən qrupları terrorçularla mübarizədə dəstəkləmək üçün xüsusi dəstələr göndərmişdi. 
  • Yazılıb
  • da (də) 2016 Jun 01
  • Göndərən مدير سايت Aran News