Rusiya Xarici İşlər nazirinin müavini: "Türkiyə, Rusiya ilə olan münasibətlərin dalandan çıxarılması üçün nə etmək lazım olduğunu çox gözəl bilir".
Arannews- Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Aleksey Meşkov mətbuat konfiransinda bildirib ki, Türkiyə, Rusiya ilə olan münasibətlərin dalandan çıxarılması üçün nə etmək lazım olduğunu çox gözəl bilir. O əlavə edib ki, Rusiya tərəfindən aylar keçməsinə baxmayaraq vurulmuş təyyarə və vəhşicəsinə öldürülmüş pilota görə üzr istənilməyib.