Tarix : 2016 Jun 01
Kod 49057

Əl-Əqsa məscidi yenə hücuma məruz qaldı

Bir qrup sionist qəsəbə sakini bu gün sionist hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə doğru yürüş ediblər.


AranNews-
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, müsəlmanların ilk qibləgahına hörmətsizliyin davamında sionist hərbçiləri tərəfindən himayə olunan sionist qəsəbə sakinləri çərşənbə axşamı əl-Əqsa məscidinə daxil olublar.
Məsciddə olan fələstinli tələbələr və namaz qılmaqla məşğul olan insanlar sionistlərin bu hərəkətinə etiraz edərək, onları məsciddən çıxmağa məcbur ediblər.
Fələstinlilərin bu etirazının ardınca İsrail polisi və sionist qəsəbə sakinləri ilə fələstinlilər arasında toqquşma baş verib.
Sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinə qarşı intensiv xarakter daşıyan aqressiv davranışları və əl-Əqsa məscidinin zaman və məkan baxımından müsəlmanlarla sionistlər arasında bölünməsi istiqamətində görülən işlər Qüds İntifazəsinin başlanmasına səbəb olub.
Qüds İntifazəsinin davam etdiyi müddət ərzində 215 fələstinli şəhid olub, minlərlə nəfər də yaralanıb.
  • Yazılıb
  • da (də) 2016 Jun 01
  • Göndərən مدير سايت Aran News