Benyamin Netanyahu Türkiyə ilə münasibətlərin normallaşdırılmasınin çox yaxın olduğunu deyib.
Arannews- Sionist rejiminin baş naziri Benyamin Netanyahu Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlarda razılaşmanın әldә olunmasına artıq çox yaxın olduğunu deyib.
Haaretz qəzeti ABŞ Konqresinin bir nümayəndə heyətini Qüdsdə qəbul edən Netanyahunun, görüşdə Türkiyə ilə razılaşmaya çox yaxın olduqlarını üç dəfə təkrar etdiyini yazıb.
Haaretz yüksək vəzifəli sionist rejim mənbəsisinə əsaslanaraq verdiyi xəbərində, nümayəndə heyətləri arasındakı danışıqlarda olan yeganə çətinliyin, İstanbuldakı HƏMAS nümayəndəliyinin bağlanılması məsələsində nail olunan razılaşmanın söz üzərində qalması olduğunu yazıb.