Tarix : 2016 Jun 01
Kod 49059

Kürdlər Suriyada 12 kəndi azad ediblər

Kürdlər sutka ərzində İŞİD terror təşkilatının işğalından 12 kəndi azad ediblər.
AranNews-un rus mediasına istinadən verdiyi xəbərə görə, kürd YPG qoşunlarının bəyanatında deyilir ki, “Suriya Demokratik Gücləri” Suriyanın əs-Saura (digər adı – Tabka) şəhərinə hücumlarını davam etdirirlər: “Bizim güclərimiz Tabka şəhəri istiqamətindəki hücumu davam etdirirlər, 12 kiçik kənd İŞİD terrorçularından azad edilib. Çoxlu sayda terrorçu məhv edilib, təkcə bizim əlimizdə 15 cəsəd var. Döyüş qəniməti olaraq 2 ədə RPD qumbaraatan və 12 ədəd kalaşnikov avtomatı götürülüb.” 
“Suriya Demokratik Gücləri” sıralarındaki itkilər haqda məlumat verilməyib.
Əs-Saura şəhəri Rəqqadan - İŞİD terror təşkilatının “paytaxtından” 40 km uzaqlıqda yerləşir. “Suriya Demokratik Gücləri” beynəlxalq koalisiyanın dəstəyi ilə Rəqqanın Türkiyə sərhəddindən kəsilməsi üzrə əməliyyatı aparırlar. Terrorçular sərhəd vasitəsi ilə silah-sürsat və qüvvətləndirmə alırlar. 
  • Yazılıb
  • da (də) 2016 Jun 01
  • Göndərən مدير سايت Aran News