Sergey Lavrov: Türkiyənin İraqdakı bu qanunsuzluğunu dayandırmağı tələb edirik.
AranNews-un Sputnik-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə əlaqələrin düzəlməsi üçün Ankaradan üzr gözlədiklərini bildirib.
Lavrov Komsomolskaya Pravda qəzetinə açıqlamasında belə danışıb: "Türkiyəyə "zeytun budağı" və ya başqa hər hansı bir "budaq" uzadacağımızı heç vaxt söyləməmişik. Nəyə əsaslanaraq bunu deyirlər? Bizim dediklərimiz Türkiyənin üzr istəməsi və törədilən hərbi cinayət səbəbindən baş verən itkiləri ödəməsidir".
Lavrov həmiçinin, Türkiyənin İraqdakı hərbi mövcudluğunu "qanunsuzluq" adlandırıb: "Türkiyənin İraqdakı bu qanunsuzluğunu dayandırmağı tələb edirik və tələb etməyə davam edəcəyik. Türkiyənin sabiq baş naziri Davudoğlu türk əsgərlərinin İraqın suverenliyini gücləndirmək üçün bu ölkədə olduğunu söyləmişdi. Bizə görə bu qəbuledilməz bir hərəkətdir və türklərin etdiklərinə Qərb tərəfdaşlarımız mövqe bildirməlidir".