AranNews-un verdiyi məlumata görə, sionist rejim baş nazirinin müavini Ayoub Kara məxfi şəkildə Suriya ərazisinə gedərək, Hələb şəhərində yerləşən vəhabi terror qruplaşmalarının başçıları ilə görüş keçirib.
Bununla bağlı işğalçı rejimin baş nazirinin müavini özü mediaya açıqlama verib. O, Hələb şəhərinə etdiyi qanunsuz səfərlə bağlı yalnız dağıntılar barədə söz açsa da, bir daha Suriyada baş verən cinayətlərin ardında kimlərin durduğunu ortaya qoyub.
Ötən ilin dekabrın 8-i İngiltərənin Daily Mail qəzeti bildirmişdi ki, sionist rejim Al-Nusra və digər təkfirçi qruplaşmalardan olan 2100 terrorçuya birbaşa tibbi yardım göstərib. Onlar İsrailə aparılaraq, müalicə olunduqdan sonra yenidən döyüşə göndəriliblər.