Tarix : 2016 Jun 01
Kod 49065

Rusiyada "Ramazan ayı gözləntisində" adlı sərgi keçirilib

Sankt-Peterburq müsəlmanlari "Ramazan ayı gözləntisində" adlı sərgi keçiriblər.
AranNews, Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində müsəlmanlar üçün "Ramazan ayı gözləntisində" adlı sərgi keçirilib.
bu sərgidə halal xidmətlər və məhsullar təqdim edən 10 mindən çox təşkilat iştirak edib. Sərgi başlayandan cəmi bir neçə dəqiqə sonra teatrın zalında böyük izdiham yaşanıb. Sərgidə qadınlar üçün müxtəlif cür geyimlər, şirniyyatlar, qidalar və s. məhsullar təqdim olunub. Bununla yanaşı sərgidə müxtəlif halal xidmətlər, namaz xalçaları və təsbehlər nümayiş olunub. Sözügedən sərginin təşkilatçıları bu mərasimin maksimum komfortlu keçməsi üçün əllərindən gələni ediblər. Bu sərginin əsas məqsədi nəsə alıb-satmaq deyil, Sankt-Peterburq müsəlmanlarını bir araya yığmaq olub. 
  • Yazılıb
  • da (də) 2016 Jun 01
  • Göndərən مدير سايت Aran News