doktor Səmədov eyni zamanda müqəddəs ay münasibəti ilə məhbus ailələrinə də təbrik edib və onlara Allahdan səbr arzulayıb.
Arannews- Vəkil Yalçın İmanov bu gün Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə Yalçın İmanovun özü məlumat verib.
Yalçın İmanov, Mövsüm Səmədovun qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını təbrik etdiyini söyləyib.
AİP liderinin müqəddəs ay münasibəti ilə xalqımıza xoşbəxtlik, ilahi səadət və birlik arzuladığını söyləyən vəkil, “doktor Səmədov eyni zamanda müqəddəs ay münasibəti ilə məhbus ailələrinə də öz təbriklərini çatdırdı və onlara Allahdan səbr arzuladığını söylədi”, - deyə bildirdi.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında həbs olunub.
O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.