Tarix : 2016 Jun 02
Kod 49068

İslamla maraqlanan fransızlara məscidlər qapılarını açdı

Fransada baş verən terror hücumlarından sonra, ilk dəfə 4 ay əvvəl, yanvar ayında əhaliyə qapılarını açan məscidlərdə fransızlar İslam dinini yaxından tanımaq fürsətini əldə etmişdilər.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Ötən həftənin sonunda yenidən təşkil olunan açıq qapı günü ölkədə böyük marağa səbəb olub.
Strasburq şəhərindəki Strasburq Böyük Məscidi böyük ziyarətçi axını ilə üzləşib. Strasburq Böyük Məscidində keçirilən açıq qapı günündə fransızlar müsəlmanlardan məscidin daxilində və həyətində İslam dininin xüsusiyyətlərini, mədəniyyətini yaxından tanımaq və öyrənmək fürsətini dəyərləndiriblər.
Qonaqlara, fransız dilində İslam dinini tanıdan kitablar və Qurani-Kərimin təqdim olunub. Məscid həyətində dualar edilib, fərqli din və mədəniyyətlərin hər yerdə sülh şəraitində yaşaması arzuları dilə gətirilib.
  • Yazılıb
  • da (də) 2016 Jun 02
  • Göndərən مدير سايت Aran News