“Asaval-Dasavali” qəzeti Şimali Qafqaz Əmirliyinin terrorçu qruplaşmalarının Ərəbistan kəşfiyyatının nümayəndəsi ilə görüşündən yazıb.
AranNews- Tbilisidə çapdan çıxan “Asaval-Dasavali” qəzeti Şimali Qafqaz Əmirliyinin terrorçu qruplaşmalarının 3 komandirinin Ərəbistan kəşfiyyatının nümayəndəsi ilə görüşündən yazıb. Ərəbistan təmsilçisi diplomat kimi səfərə gəlib, həvəskar balıqçı görkəmində nəzərdə tutduğu yerlərdə olub. O, əmirlik komandirlərinə Rusiyadan ayrılmaları üçün hərbi və maliyyə yardımı vəd edib. Görüşdə əmirlikdən Məhərrəm Səidov və Aslan Byotokaevin də iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Əbu Məhəmməd Dağıstani və Maqomed Suleymanovun ölümündən sonra əmirlik qüvvələrində zəifləmə olub. Əbu Məhəmmd Dağıstani bu qrupun əsas rəhbəri olub. Onunla birlikdə köməkçiləri olan Maqomed Suleymanov, Kamil Səidov (qrupun ikinci adamı) və Abdullah Abdullayev Rusiyanın xüsusi qüvvələrinin keçirdiyi məxfi əməliyyatda qətlə yetirilib. Hazırda Riyaz Qafqaz Əmirliyini himayət etmək üçün ciddi cəhd edir.