Misir məhkəməsi bu ölkədə qadağan olunan "Müsəlman qardaşları" təşkilatının liderlərindən biri olan Məhəmməd Badiyanı və onun 35 tərəfdarını ömürlük azadlıqdan məhrum edib.
AranNews-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən şəxlər Misirin devrilmiş prezidenti Məhəmməd Mursi tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra, etiraz aksiyalarında iştirak ediblər və həbs olunublar. Qeyd etmək lazımdır ki, Misirdə "Müsəlman qardaşları" təşkilatının onlarla tərəfdarına qarşı ağır maddələr üzrə cinayət işləri açılıb.