Avropa Birliyi Suriya xalqına qarşı tətbiq olunan sanksiyaları daha bir il müddətinə artırdı.
AranNews-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu sanksiyalar Suriya hökümətinin 200 məmurunu əhatə edir.
Bu şəxslərə viza verilməsi qadağan olunub və onların bank hesabları dondurulub. Eyni zamanda bu sanksiyalar Suriyanın neft sektorunu əhatə edir və neft ixracatına qadağa tətbiq edir.
Bundan əvvəl Avropa Birliyindən 2014-cü ildə bildirmişdilər ki, Suriyada böhran aradan qaldırılmayanadək bu sanksiyalar qüvvədə qalacaq.