AranNews-un "Presstv"-yə istinadən verdiyi xəbərə əsasən, Bəhreyndə 3 Əhlibeyt tərəfdarına əd-Diyah bölgəsində 3 polis məmurunu qətlə yetirməkdə ittiham olunaraq edam hökmü oxunub.
Bundan əlavə daha 6 nəfər təhlükəsizlik qüvvələrinə hücum etməkdə ittiham olunaraq, ömürlük həbs cəzasına məhkum ediliblər.
Məlumata görə, daha 11 nəfər ölkə vətəndaşlığından uzaqlaşdırılıb.
Qeyd edək ki, Bəhreyn rejimi çox sayda kral əleyhinə olan bəhreynlini həbsxanalarda ən çətin şərtlərlə saxlayır. Hətta bəzi dustaqlara hər gün işkəncə verilmə halları da baş verməkdədir (Ətraflı). Etirazçılar bu və bu kimi məsələləri gündəmə gətirmək üçün aksiyalar təşkil etməkdədirlər (Ətraflı). Bəhreyn polisi etirazları yatırmaq üçün hətta zəhərli maddələrdən də istifadə etdiyi önə çəkilir. (Ətraflı). Hazırda Bəhreyn rejimi Əhlibeyt haqqında təbliğat vasitələrinin qadağasını gücləndirmək üçün əlindən gələn addımları atmaqdadır.