İlin əvvəllindən bu yana Səudiyyə Ərəbistan barəsindəki ölüm hökmü icra olunan məhkumların sayı 100-ə çatıb.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Amnesty International» məlumat yayıb. «The Independent» qəzetinin yazdığına görə, son iki ildə krallıqda ölüm hökmünə məhkum olunanların sayında artım müşahidə olunur. Bunun əsas səbəbi Səudiyyədə müstəqil məhkəmə sisteminin olmamasıdır. Təkcə ötən il ölkədə 158 nəfər ölüm hökmü ilə cəzalandırılıb. Onların bir hissəsi güllələnib, bir hissəsinin də qılıncla başı kəsilib. Bu cəzanı alanlar əsasən norkotiklə bağlı cinayətlərdə təqsirli bilinənlərdir. / RealnieNovosti.com