Misirli jurnalist və tərcüməçi Moamen Muxtar yeni doğulmuş oğluna Putin adı verib.
AranNews, rus mediasına istinadən xəbər verir ki, Muxtar bu barədə sosial şəbəkədə şəxsi hesabında məlumat yayıb. O, “Allaha şükür. Tanrı mənə oğul verdi, onun adı Putin Muxtardır”- deyə bildirib.
Jurnalist Rusiya prezidentinin soyadını oğluna ad kimi verməsinə də aydınlıq gətirib. O, bildirib ki, dünyada yüzlərlə Vladimir var, amma Putin bir dənədir.