Səudiyyə rejiminin XİN rəhbəri Yəmənə humanitar yardımın çatdırılması üçün krallığın sərhəddə atəşkəs rejimi barədə razılığa gəldiyini bəyan edib.
AranNews, Sputnik-ə istinadən məlumatına görə, Səudiyyə rejiminin XİN rəhbəri Adil əl-Cübeyr Yəmənə humanitar yardımın çatdırılması üçün krallığın sərhəddə atəşkəs rejimi barədə razılığa gəldiyini bəyan edib.
O, Ər-Riyadın Yəməndə sülh danışıqlarını dəstəklədiyini bildirib: «Biz Yəmən münaqişəsində tərəflər arasında, o cümlədən husilərlə razılıq yolunda işləməyə çalışmışıq».
Xatırladaq ki, Yəmən münaqişəsi ilə bağlı danışıqlar aprelin 21-də Küveytdə başlayıb.