Tarix : 2016 Jun 02
Kod 49078

Şeyx Sədi Şiraziyə həsr olunmuş ANİM MƏRASİMİ

Azərbaycan Respublikasında İran İslam Respublikasinin dünya şöhrətli şairi Şeyx Sədi Şirazinin anım mərasimi keçirilib
Arannews- İranın dünya şöhrətli şairi Şeyx Sədi Şirazi mövzusunda Bakıda anım mərasimi keçirilib.
Azərbaycan Respublikası Dövlət Elmlər Akademiyasının ədəbiyyat fakültəsinin rektoru İsa Həbib bəyli, toplantıda etdiyi çıxışında İran ilə Azərbaycan arasında bir çox sahələrdə gedən əlaqələrin kənarında iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışıb : " Bu Azərbaycanda Şirazlı Sədi mövzusunda keçirilən ikinci konfransdır, bundan öncə Firdövsi kimi digər iranlı şairlər üçün də Azərbaycanda anım mərasimləri keçirilmişdir".-deyə bildirib.
Həbib Bəyli Sədi Şirazini Müsəlman İranın əzəmətinin təzahürlərindən biri adlandırıb və deyib: Şirin dilli Sədinin əsərləri uzaq keçmişlərdən bəri şərqin və müsəlman ölkələrin dərsliklərinə daxil olmuşdur və müxtəlif dillərə o cümlədən də Azərbaycan türkcəsinə tərcümə edilmişdir.


  • Yazılıb
  • da (də) 2016 Jun 02
  • Göndərən مدير سايت Aran News