Tarix : 2016 Jun 02
Kod 49080

AZB sədri: "Azərbaycan ordusu işğal olunmuş məntəqələri azad etməyə qadirdir"

Eldəniz Quliyev: "Azərbaycan Respublikası ordusu əhval-ruhiyyə və hazırlıq baxımından sübut etdi ki, işğal olunmuş məntəqələri azad etməyə qadirdir"
Arannews- Azərbaycan Respublikası Ziyalılar Birliyinin sədri Ermənistan Müdafiə Nazirliyi tərəfindən yüksək rütbəli erməni zabitlərin kənarlaşdırılması və həbs olunmasını ümumi fikri həqiqətlərdən yayındırmaq üzrə bir cür oyun adlandırıb.
Eldəniz Quliyev cari il aprelin birində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gərginliyin şiddətlənməsinə toxunaraq, deyib: Azərbaycan Respublikası ordusu əhval-ruhiyyə və hazırlıq baxımından sübut etdi ki, Ermənistan ordusunu məğlubiyyətə uğratmağa və işğal olunmuş məntəqələri azad etməyə qadirdir.
Quliyev vurğulayıb ki, Ermənistanın hərbi siyasəti həmişə təzadlı olub.
O, əlavə edib: Qafqazda zabitlər və ya hərbi komandanların kənarlaşdırılması adi hala çevrilibdir.


  • Yazılıb
  • da (də) 2016 Jun 02
  • Göndərən مدير سايت Aran News