Səudiyyə Ərəbistanı kralının vəliəhdi Məhəmməd Bin Naif ölkəsinin regionla bağlı siyasətlərinin məğlubiyyətə uğradığını etiraf edib.
AranNews, Parstoday-a istinadən xəbər verir ki, Məhəmməd bin Naif Ciddədə keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin liderlərinin məsləhətləşmə görüşündən əvvəl verdiyi açıqlamasında, Yəməndə 1 ildir davam edən hücumların məğlubiyyətə uğradığını və Səudiyyənin bu müharibədə qazancının olmadığını bildirib. O, Yəmənə qarşı əməliyyatların Səudiyyəni rəhbərlik etdiyi koalisiyaya qoşulan ölkələrin vədlərini yerinə yetirmədiklərinə görə, istənilən uğura nail olmadıqlarını söyləyib.
Səudiyyə krallığının vəliəhdi Suriya böhranına da toxunaraq, Suriya prezidenti Əsədin Amerika və Türkiyənin yardımları ilə devrilməsinin gözlənildiyini deyib. “Səudiyyə Ərəbistanı da bu vədlər üzərində planlar qurmuşdu, lakin bu nəticə vermədi”, - deyə o bildirib.