İraq hökümətinin rəsmi nümayəndəsi Basem əl-Hüseyni bəyan edib ki, Fəllucə şəhərini İŞİD-dən azad etmək üçün 1 həftədən artıq lazım olmayacaq.
AranNews-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, əlüstü əl-Hüseyni qeyd edib ki, o sözügedən şəhərin maksimum 7 gün ərzində İŞİD terror qruplaşmasından azad olunacaq.
"Fəllucə 3-4 və ya maksimum 7 günə azad olunacaq. Bu 100 faiz baş verəcək", - deyə o bildirib.
Hökümət qüvvələri dinc əhalinin həyatını qorumaq istədiyi üçün şəhərin azad edilməsi yubanır.