“Əsədlə olmaz” deyən Ankara Kürd muxtariyyətinin qorxusundan “Əsədlə də olar” deməyə başladı.
AranNews, xəbər verir ki, “Ankaranın Rojavadakı (Şimali Suriyadakı kürd bölgəsi – red.) son hadisələrdən narahatlığı Əsədlə yaxınlaşması üçün səbəb ola bilər”.
bunu “Milliyyət” qəzetinin yazarı Mehmet Tezkan yazıb.
“Ankaranın qorxduğu başına gəlir. ABŞ Şimali İraq modelini Suriyada da tətbiq etdi. Yaxın vaxtlarda “Şimali Suriya” deməyə başlayarıq. Aydındır ki, suriyalı kürdlər İŞİD-lə döyüşməyin qarşılığında muxtariyyət sözü alıblar. Ankara o qədər təlaşdadır ki, Suriyanın ərazi bütövlüyünü qorumaq üçün artıq Əsədlə belə razılaşır”, – yazar qeyd edib.Mehmet Tezkan Türkiyənin baş naziri Numan Kurtulmuşun sözlərini xatırladaraq Ankaranın yelkənləri aşağı saldığını bildirib:
“Onun sözlərinə görə, Türkiyə Rusiya ilə tam razılaşmasa da Türkiyə, Rusiya və İranın yaradacağı güc birliyi Suriyanın bölünməsi planına mane ola bilər. Baş nazir qeyd edib ki, bu vəziyyətdə Ankaranın Əsədlə əlaqədar etirazları davam edəcək, amma görünən odur ki, Suriyanın bölünməməsi daha əvvəl gəlir. Bu sözlər dörd ildir yürüdülən siyasətin iflası deyilmi? “Əsədlə olmaz” deyən Ankara yelkənləri endirir. Kürd muxtariyyətinin qorxusundan “Əsədlə də olar” deməyə başladı. İşin xülasəsi budur: Ankara dənizə düşdü, ilana sarılır!”.