AranNews, xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Tehranda İmam Xomeyninin (rə) 27-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxış edib.
Ayətullah Xamenei çıxışında bildirib ki, düşmənlər İmam Xomeyninin (rə) "inqilabçı" xarakteri ilə düşmənçilik edirlər, onlar İslam İnqilabından qorxurlar. "Bütün təzyiqlər də inqilabçılığa görədir. Nüvə və insan haqları bəhanəsi ilə təzyiqlər edilir, lakin həqiqətdə düşmən inqilabçılıq xarakterindən qorxur və narahatdır".
Ayətullah Xamenei bildirib ki, Amerika siyasətçilərindən biri deyib ki, İran inqilab etdiyi üçün sanksiyalarla üzləşib, bu bir həqiqətdir. "Bizi hər şeydə geridə saxlamışdılar. Amerikalılar və İngiltərlilər bizə ağalıq edirdi. Ölkə yoxsulluq içində çırpınırdı. Ölkənin təbii sərvətləri əcnəbilərin əlində idi. Xalqı aldatmaq və qorxutmaqla sakit saxlayırdılar. İmam Xomeyni (rə) ölkəni asılılıq, geridə qalma, siyasi və mənəvi korrupsiya və beynəlxalq təhqirdən qurtardı."
Ayətullah Xamenei deyib ki, bu gün biz çox böyük nailiyyətlər əldə etmişik, bu nailiyyətlərin hamısı İnqilab yolunda hərəkətin bərəkətindədir. "Daha da böyük nailiyyətlər və məqsədlərə çata bilərik, lakin bunun şərti budur ki, İmamın (rə) İslami Cəmiyyət qatarını hərəkət etdirdiyi yolda bizdə hərəkət edək. Harada ki, inqilabçı və cihadçı hərəkətlərdən qafil qaldıq, həmin sahədə geridə qaldıq. Harada ki, inqilabçı və cihadçı kimi İmamın (rə) yolunda hərəkət etdik inkişaf etdik. Başqa cürdə hərəkət etmək olar, onda acınacaqlı talelə üzləşiləcək. İmam (rə) deyirdi "İslam və İran xaqlı şillələnəcək"
Ayətullah Xamenei deyib ki, İran xalqı İnqilab üçün ağır bədəl ödədi, lakin yüzlərlə gəlir əldə etdi. "Bu gün xalq ağır bədəl ödəmədən İnqilabdan böyük faydalar görür. Bu gün İran xaqı üçün vəziyyət daha aydın və aşkar, şərait mövcud və yol daha hamardır. Bədəl ödənilir, lakin bu bədəl daha yüngül və dözüləsi bədəldir."
Ayətullah Xamenei bildirib ki, düşmənlərin davamlı sanksiyası və hücum hədələri qarşısında xalq qorxmadı və müqavimət göstərdi.
"Davamlı şəkildə hücum edəcəyik və sanksiya verəcəyik hədələri yağdırdılar, lakin xalq hərbi hücum hədələrindən və dağıdıcı sanksiyalardan qorxmadı və öz hərəkətini davam etdirdi. Bundan sonrada bu belə olmalıdır. Hamı inqilabçı olmalıdır və inqilabçı hərəkət etməlidir. Düşmənin planları və işi qarşısında həssas olmaq və onunla razılaşmamaq inqilabçı olmağın göstəricilərindəndir. Əgər, bu göstəricilər kimdəsə varsa, demək ki, inqilabçıdır."
Ayətullah Xamenei hegemon güclərin xüsusi ilə Amerikanın dəstəklədiyi iki növ "Dünyəvi İslam" və "Geridə qalmış İslam"ın olduğunu vurğulayıb və bildirib ki, hegemon güclər bu iki növ İslamı dəstəkləyir. "Həqiqi İslam hərtərəfli İslamdır. Fərdi həyat tərzindən tutmuş İslami Cəmiyyətin formalaşmasına kimi bütün sahələri özündə əks etdirir. İslam Sisteminin əsas prinsiplərindən biri dünyanın hər bir nöqtəsində məzlumlar və məhrumları dəstəkləməkdir. Bunlardan üz çevirmək olmaz".
Ayətullah Xamenei bildirib ki, düşmən həmişə hədə-qorxu dili ilə danışmır, bəzi vaxtlar şirin dilini işə salır. "Bəzi vaxtlar məktub yazırlar ki, gəlin dünya məsələlərində bizimlə birgə iştirak edin. Ola bilsin, insan gedib böyük güclə birlikdə beynəlxalq məsələdə əməkdaşlıq etmək üçün vəsvəsə olsun. Həqiqətdə isə onun planı var, deyir siz də gəlin mənim planımda oynayın. Cizdiğı planın məqsədinə çatmaq üçün oyun qaydalarını da o müəyənləşdirir. Suriya məsələsində amerikalıların dırnaqarası koalisiyasına qoşulmamağımızın səbəbi bu idi. Onların planları var və istəyirlər İslam Respublikasının nüfuzu və gücündən öz məqsədlərinə çatmaq üçün istifadə etsinlər. Əgər, İslam Respubliaksı naşı olsa və onların oyununa qoşulsa, onların planları təkmilləşəcək. Bu siyasətdə müstəqilliyə ziddir".
Ayətullah Xamenei bildirib ki, yalnız İmamın dövründə mübarizə aparanları inqilabçı saymaq səhvdir. "İmamı görmədən inilabçı olan gənclərimiz var.İnqilabçılığı ifratçılıq saymaq düşmən sözdür. İnqilabçılığın 5 meyarını sadalayıram: inqilabi dəyərlərə sədaqət, inqilabın məqsədlərinə çatmaq üçün hərəkət, ölkənin müstəqilliyinə sədaqət, düşmənin planlarına diqqət və bu planlara qarşı dayanmaq, dini və siyasi təqva".