Səudiyyə Ərəbistanında 2016-cı ilin həcc mərasiminə 2 ay qaldığı bir vaxtda müftilərlə hakimiyyət arasında fikir ayrılıqları yaranıb.
AranNews, xəbər verir ki, fikir ayrılıqları müftilər və hakimiyyət arasinda elə bir həddə çatıb ki, həcc ayinlərinin təhlükəsizliyi məsələsi kölgədə qalıb.
Radikal müftilər şiələrin, xüsusilə İran əhalisinin həcc mərasimində iştirakına qarşı çıxır, hakimiyyəti buna yol verməməyə məcbur edirlər. Ərəbistanın Əbdüləziz Ali Şeyx kimi radikal müftiləri şiələri İslamdan çıxmış kimi dəyərləndirir və onların həcc mərasiminə qatılmasını yolverilməz sayırlar. Digər tərəfdən İran rəsmiləri iranlı zəvvarların təhlükəsiliyinə təminat veriləcəyi təqdirdə mərasimə qatılmanı mümkün sayır. Rəsmi Riyaz isə müftilərin təzyiqləri altında öz üzərinə heç bir öhdəçilik götürmür.