Tarix : 2016 Jun 04
Kod 49091

İraq Türkiyəyə yeni bir mesaj verdi

İraq hökumətinin ölkədəki Türkiyə əsgərlərinin geri çəkilməsini tələb etmək məqsədilə Türkiyəyə yeni bir səfir göndərdiyi bildirilib.
AranNews, xəbər verir ki, məlumatı Sputnik-ə danışan İraqın Vaşinqtondakı səfiri Loğman Feyli bildirib: "Yeni səfirimizi Ankaraya göndərdik və bu yolla danışıqlar və dialoq üçün ciddi olduğumuz məsələdə Türkiyəyə yeni bir mesaj verdik", - deyə o bildirib.
İraq hökuməti, keçən il dekabr ayında Türkiyənin icazəsiz olaraq, Mosul yaxınlığındakı Başika düşərgəsinə əsgərlәrini yeritmәsi ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və əsgərlərin dərhal çıxarılmasını tələb etmişdi.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da, bir neçə gün bundan əvvəl verdiyi bəyanatda İraqdakı Türkiyə hərbi qüvvələrinin qəbuledilməz olduğunu bildirib.
  • Yazılıb
  • da (də) 2016 Jun 04
  • Göndərən مدير سايت Aran News