AranNews, “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, hesabata Türkiyənin israrla terror təşkilatları hesab etdiyi və barələrində sübutlar ortaya qoyduğu PKK-nın Suriya qolu PYD və YPG daxil edilməyib.
Hesabatın Türkiyə hissəsində Türkiyədə fəaliyyət göstərən PKK, TAK, DHKP-C, MLKP və İŞİD kimi terror təşkilatları daxil edilib. Hesabatda İŞİD-in Türkiyədə təşkil etdiyi terror aktları barədə məlumat verilib.ABŞ Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Justin Siberell dünyada terror hücumlarının sayının 13 faiz azaldığını, lakin Əfqanıstan, Banqladeş, Misir, Suriya və Türkiyədə terror hücumlarında artım qeydə alındığını söyləyib. O, 2015-ci ildə terror hücumlarının 92 ölkədə həyata keçirildiyini bildirib. Hücumların 55 faizi İraq, Suriya, Əfqanıstan, Pakistan, Hindistan və Nigeriyada həyata keçirilib.Siberell 2015-ci ildə İŞİD-in ən böyük beynəlxalq təhdid olduğunu vurğulayıb. Terrorla mübarizə koordinatoru 2015-ci ilin may ayından sonra İŞİD əhəmiyyətli bir qələbə qazana bilmədiyini, ilin sonuna olan nəticələrə görə İraqda sahib olduqları ərazinin 40 faizini itirdiyini deyib.