Tarix : 2016 Jun 04
Kod 49093

Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçildi

Milli Şura özünün sessiyasını keçirir. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyətin müzakirəsi, təşkilati və cari məsələlər daxildir.
AranNews, Azərbaycan mediyasina istinadən bildirir ki, Sessiyanı açıq ealn edən Milli Şura sədri Cəmil Həsənli bu gün 4 iyun qiyamından 23 il keçdiyini xatırladıb və həmin hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəmil Həsənli daha sonra habsdən azad olmuş Milli Şura üzvləri Leyla Yunusu və Tofiq Yaqublunu bu münasibətlə təbrik edib, onlara göstərdikləri fədəkarlığa görə Milli Şura adından təşəkkürünü çatdırıb.
Gündəlikdə duran məsələlərin baxılmasına təşkilati işlərdən başlanıb. Quruma yeni üzvlər qəbul olunub. İradə Nəriman və İlham Hüseynin Milli Şuranın üzvülüyünə namizədliyi irəli sürülüb. Hər iki şəxs səsvermə yolu ilə Milli Şuranın üzvü seçilib.
Bundan sonra Milli Şuraya sədr seçkisi və Şuranın Koordinasiya Mərkəzinin yenidən formalaşması müzakirəyə çıxarılıb. AXCP sədri Əli Kərimli Milli Şuranın sədrliyinə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Əli Kərimlinin təklifini Milli Şuranın başqa üzvləri də dəstəkləyib. Gültəkin Hacıbəyli bildirib ki, Cəmil Həsənli bütövlükdə Azərbaycan xalqının ümid yerinə çevrilmiş bir xadimdir, onun Milli Şuraya sədr seçilməsini dəstəkləyir. Hacı Əmirulla, Rövşən Əhmədov və başqaları da Cəmil Həsənlinin namizədliyini müdafiə ediblər. Sonda təklif səsə qoyulub və Cəmil Həsənli yekdilliklə Milli Şuranın yenidən sədri seçilib.
  • Yazılıb
  • da (də) 2016 Jun 04
  • Göndərən مدير سايت Aran News