Türkiyə prezidenti, əvvəlki açıqlamalarının əksinə olaraq, Rusiya-Türkiyə münasibətlərilə bağlı Rusiya prezidenti Vladimir Putinin açıqlamalarına etibar edilməli olduğunu söyləyib.
AranNews, Türkiyə mediyasina istinadən bildirir ki, Afrikadakı səfərinin növbəti dayanacağı olan Nayrobidә, jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti, əvvəlki açıqlamalarının əksinə olaraq, Rusiya-Türkiyə münasibətlərilə bağlı Rusiya prezidenti Vladimir Putinin açıqlamalarına etibar edilməli olduğunu söyləyib.
Cumhuriyet-ə istinadən xəbər verir ki, Hurriyet qəzetinin müxbirləri Vahap Munyar və Verda Özerin xəbərinə əsasən, Rusiya-Türkiyə münasibətlərilə ilə bağlı Әrdoğana aşağıdakı suallar ünvanlanıb.
- Rusiya-Türkiyə münasibətlərilə bağlı olaraq istər Putinin, istərsə də sizin müsbət bəyanatlarınız oldu. Amma digər Rusiya rəsmiləri Putinin mövqeyindən fərqli məsələlərdən də söhbət açırlar, necə qiymətləndirirsiniz?
- Mən Putinin açıqlamalarına etibar edilməli olduğunun qənaətindəyəm.
- Putin və sizin bəyanatlarınızı iki ölkə münasibətlərinin gələcəyi üçün nikbin olacağı kimi dəyərləndirə bilərikmi?
- Neqativ yanaşmalar sərgiləməyin, buna imkan verəcək bəyanatlar verməyin doğru olmadığını düşünürəm. Yaxşı siyasət, Rusiya və Türkiyə kimi iki böyük ölkə arasında əlaqələrin yolunu kəsməyi yox, yolunu açmağa əsas götürməlidir. Bununla da olmayacaq tələblərdən bəhs etmək doğru deyil. Nələrin baş verdiyini hamı bilir. Hava sahəmizə qarşı pozuntular əvvəllər də danışdığımız bir məsələdi. Hadisə, mənsubluğu bilinməyən təyyarələrin hava məkanımızı pozmaları, xəbərdarlıqlara da cavab verməmələri nəticəsində baş verib. Biz Rusiya-Türkiyə münasibətlərinin belə bir hadisənin qurbanına çevrilməməli olduğunu düşünürük.