Rusiya hərbçiləri Suriyaya 4 ton humanitar yardım gətirib.
AranNews, Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı polkovnik Stanislav İvanov verib.
Onun sözlərinə görə, humanitar yarıdım çörək, un, ət, balıq konservləri və yaşayış üçün zəruri olan bir çox qida məhsullarından ibarətdir: “Dera vilayətinə yolladığımız 4 ton humanitar yardımın tərkibində uşaqlar üçün nəzərdə tutulan şirniyyatlar belə var. Rusiya Suriya xalqına köməklik göstərə bilmək üçün əlindən gələni edir”.