AranNews, erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Vergi Müfəttişliyi binasının qarşısında partlayış baş verib. Nəticədə binanın dam örtüyünün ön hissəsi zədələnib, giriş qapısının şüşələri sınıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, partlayışa binanın qapısında olan zibil qutusundakı naməlum cisim səbəb olub. Hazırda bina önündə polis əməkdaşları, cinayət axtarış işçiləri və ekspetlər çalışırlar. Hələ ki binanın kim tərəfindən partladılmaq istənildiyi və bunun hansı səbəbdən edildiyi məlum deyil.