AranNews, “Ria novosti” agentliyinə istinadən bildirir ki, kürd peşmərəgləri 12 kəndi ələ keçirsə də İŞİD-in ölüm dəstələri ilə onlarım mövqelərinə hücum edirlər.
“Biz 12 kəndi azad etdik. Lakin bunlar əsasən kakay və şəbək (dini azlıqlardır-red.) kəndləri olub, həm də boş idi. Bundan sonra sünni kəndləri gəlir. Oralarda isə peşmərəglərin həyatı ciddi surətdə təhlükəyə girəcək”,- deyə İraq Kürdistan Demokrat Partiyasının Şeyxan təşkilatının sədri Əli Auni bildirib. O deyib ki. əsas döyüşlər elə Şeyxan kəndi ətrafında gedir. Burada 20 nəfərlik İŞİD döyüşçüsünün mühasirəyə alındığı söylənilir.
Kürd peşmərgələri ABŞ ordusu tərəfindən havadan ciddi dəstək alır.
Mühasirə altında olan Mosula isə heç bir qüvvə təkbaşına hücum etməyə ürək eləmir. Bu vaxta qədər nə İraq ordusunun, nə peşmərgənin, nə də Əl Həşd əl Şəbabinin dəstələrinin Mosula hücumu barəsində ümumi razılıq əldə olunmayıb.
Heç kim sünnilərin üstünlük təşkil etdiyi məhəllələri nəzarət altına salmaq istəmir. Kürdlər isə Mosulu tutduqdan sonra onu İraqa geri vermək fikrində deyillər. Bu da İraqmeylli digər gücləri onlardan aralı salır.