Tarix : 2016 Jun 05
Kod 49104

Əl-Əzhər Məhəmməd Mursinin edam qərarını təsdiqlədi

Misir mediası ölkənin devrilmiş sabiq prezidenti Məhəmməd Mursinin edam qərarının Əl-Əzhər tərəfindən təsdiqləndiyini bildirib.
AranNews, Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, keçən il Misirin ali məhkəməsi tərəfindən Məhəmməd Mursi haqqında verilən edam qərarından sonra, qərarın şəri cəhətdən araşdırılması üçün Əl-Əzhər universitetinin müftilərindən Şeyx Məhəmməd Şövqü Əlama göndərildiyi bildirilmişdi.
Misir mediasının verdikləri xəbərə əsasən, Şövqü Əlama Misirin ali məhkəməsinin qərarına gizli razılığını verib. Əl-Əzhər şeyxinin Məhəmməd Mursinin edamının şəri cəhətdən təhlükəli olmadığını yazılı olaraq bildirdiyi qeyd olunub.
  • Yazılıb
  • da (də) 2016 Jun 05
  • Göndərən مدير سايت Aran News