Tarix : 2016 Jun 05
Kod 49105

İslam partiyasının liderlərinə ömürlük həbs cəzası verildi

Tacikistanın Ali Məhkəməsi ölkədə qadağan edilən İslam partiyasının liderləri Saidumar Xusayni və Muxammadali Xaitə ömürlük həbs cəzası kəsib.
AranNews-un məlumatina görə, Məhkəmədə bildirilib ki, onlar müdafiə nazirinin sabiq müavini, General Abduxalim Nazarzodanın ötən ilin sentyabrında qaldırdığı qiyamın təşkilində ittiham edilirlər.
Partiyanın digər rəhbər heyəti Radjab Raxmatullo, Davlat Abdukaxxor, Kiemiddin Avazov və Sattor Karimov 28, Zorik Zubaydullo 25, Maxamadali Fayzimuxammod 23, Sadiddin Rustam və Boxiddin Kasiddinov 20, Xikmatullo Seyfullazado16, Muxammadşarif Nabiev və Abdusamad Qayratov 14 azadlıqdan məhrum ediliblər.
İttiham edilənlərdən yeganə qadın olan partiya sədrinin müşaviri Zarafmo Raxmoni iki il azadlıqdan məhrum olunub.
Partiya sədri Muxiddin Kabiri ölkədən qaçdığı üçün onun haqqında axtarış elan edilib. /azərtac/
  • Yazılıb
  • da (də) 2016 Jun 05
  • Göndərən مدير سايت Aran News