ABŞ və Yunanıstan rəsmilərinin birgə keçirdiyi əməliyyat zamanı dəniz yolu ilə İŞİD-ə aparılan 26 milyon opioid ağrı kəsicisinin ələ keçirildiyi açıqlanıb.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Ekathimerini qəzetinin xəbərinə əsasən, Yunanıstan narkotik polislərinin və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Tramadol adlandırılan ağrı kəsiciylə dolu bir konteynerə qarşı əməliyyat təşkil edib.
Rəsmi sənədlərdə dəsmal və süfrə daşıdığı qeyd olunan konteynerin keçən ay Hindistandan gəldiyi və Liviyaya doğru yola çıxmasının gözlənildiyi ifadə olunub.
Bu ilin fevral ayında da Dubay rəsmiləri eyni Liviya şirkəti tərəfindən sifariş olunan bir konteynerdə buna bənzər dərmanlar tapmışdı.