Türkiyənin “Unit International” şirkəti İranda 7 elektrik stansiyası inşa edəcək.
AranNews, “Röyters”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 qaz elektrik stansiyası inşa edəcək.
Ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.
Saziş iyunun 1-də Tehranda imzalanıb.
“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.
Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır.