Məhəmməd Cavad Zərif: “İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır”.
AranNews, xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdə deyib.
“Biz Qarabağda yaranmış son böhranda hər iki tərəfi təmkinli olmağa çağırırıq, bölgədə sülh və sabitliyin yaradılması üçün problemin həlli üçün hər növ yardım etməyə hazırıq”, deyə Zərif bildirib.